Kateqoriyalar

22 Ocak 2014 Çarşamba

Dərs 10 - Mat etmək


Mat haqqında azacıq da olsa danışmışıq. Gəlin biraz daha dərindən öyrənək.
Unutmaq lazım deyil ki, Şahmatda başlıca məqsəd rəqibi mat etməkdir. 



Yuxarıdakı diaqramda gediş ağlarındır. Gördüyünüz kimi ağ top şaquli xətt istiqaətində d8 xanasına gələrək aqaralara şah elan edir, şahın da qaçacaq təhlükəsiz yeri olmadığına görə mat olur. Belə mata düşməmək üçün "nəfəslik" açmanı lazımdır. Diaqramda ağların şahına diqqət edin. piydasının biri h3 xanasındadır, əgər ağ top 1-ci xəttdə olmasa belə, qaraların top şah elan etsə, ağ şahın qaçacaq təhlükəsiz h2 xanası var. Amma qaralar "nəfəslik" açmadığı üçün mata məruz qalır.



Bu diaqramda isə qaralaq nəfəslik açmış haldadır. Lakin diqqət etdinizsə, yenə də mat oldurlar. Niyə? Çünki qaraların nəfəlik yolunu d3 xanasında duran ağ fil kəsmişdir. 


Bənzər hal yuxarıda yenə də baş verib. Nəfəslik deyə açdıqları g6 piyadası qaraların işinə yaramır və yenə də qara şah mat olur.


Üz-üzə mat adlanan yuxarıdakı diaqramdakı səhnə çox geniş yayılmışdır. Diqqət edin, qara şahın qaçaq heç bir yeri yoxdur.


Oxşar fikri oyun ortasında qala qurmuş qara şahına qarşı da edə bilərsiniz. Yuxarıda gördüyünüz kimi ağ vəzir filin müdafiəsinə arxalanaraq, şah elan edir və qara şahın qaçacaq yeri olmadığına görə mat olur. DİQQƏT EDİN! Belə matdan sığortalanmaq üçün ağların müdafiəsinə baxın. Ağ at f3 xanasındadır və h2 xanasını müdafiə edir.


Yuxarıdakı diaqramda geniş yayılmış "uşaq matı"nı görürsünüz. Yenə də ağ vəzir filin müdafiəsinə arxalanıb mat edir.




1 yorum:

  1. the best the best the best the best the best the best the best the best the best the
    I'm not sure what is the revlon titanium max edition best the best the best titanium glasses the titanium mountain bikes best the best. micro titanium trim But the bottom line titanium wood stove is that it doesn't always be possible for players to win or place a

    YanıtlaSil