Kateqoriyalar

22 Ocak 2014 Çarşamba

Dərs 7 - Notasiya


Notasiya nədir? Necə istifadə olunur?


Çox şahmat oynamaq gözəldi. Sizin beyninizin analiz qabiliyyətini, hesablama qabiliyyətini artırır. Amma daha çox zövq almaq üçün oyunlarınızı yazıb, oxumağı öyrənməlisiniz. Əslində bunun başqa səbəbi də şahmat taxtasındakı hər xananın öz adının olmasıdır. Məsələn Vəzir g2-də demək, Vəzir atın önündəki piyadanın yerində deməkdən daha asandır. Əgər notasiyanı öyrənsəniz, şahmat kitablarını oxuya bilə, ən maraqlı partiyalara baxa bilə, hətta analiz də edə bilərsiniz.

Gedişləri yazmağı öyrənsəniz, partiyanın tamamını yaza bilərsiniz. Bu oyun stilinizi inkişaf etdirməkdə kömək olacaq. Hər bir şahmatçı öz oyunlarını yazar və məğlubiyyətlərinin səbəbini araşdırar, analiz edər. Əlavə olaraq, yazarsınızsa, 50 gediş qanununu və ya 3 dəfə eyni gediş vəziyyətini sübut edə bilərsiniz. (Buna daha ətraflı izah veriləcək) Bəziləri notasiya yazmağı sıxıcı hesab edir, amma əmin olun ki, etdiyiniz hər analiz sizi bir addım önə götürəcəkdir. Ən yaxşısı yeni başlayanlar 1 il oynadıqdan sonra, yazmağa başlamalıdır.



Yuxadakı bir şahmat taxtası görürsünüz. Diqqətlə baxsanız yanlarında hərflər və rəqəmlər var. Hər üfüqi xətdə A-dan, H-a qədər hərf var. Və hər şaquli xətdə isə 1-dən, 8-ə qədər rəqəm var.


Şahmat taxtasındakı hər xananın öz adı vardır. Bu hərflər üfüqi və şaquli xətdəki hərf və rəqəmlərin kəsişməsindən ortaya çıxır. 


Bu da başlanğıc mərhələsi. Diqqət etsəniz, ağlar 1 və 2 rəqəmlər sırasında, qaralar isə 7 və 8 rəqəmlər sırasında başlayırlar. Ağ Vəzir hardadır? Ağ Vəzir d1 xanasındadır. Bəs qaraların topları hardadır? Qaraların topları a8 və h8 xanasındadır. 

Hər fiqurun qısa yazılış forması var. Məsələn Şah notasiyada Sadəcə Ş olaraq qeyd edilir. Ardıcıl olaraq bütün fiqurların baş hərfi - Vəzir V, Top T, Fil F, At A kimi işarətlənir. Diqqət edin, fiqurlar üçün böyük hərf, xanalar üçün kiçik hərfdən istifadə olunur. Məsələn ağların atlarının yuxarıda olduğu yeri yazaq. - Ab1 Ag1 
Bu atların b1 və g1 xanasında olduğunu göstərir.

Qeyd etməkliyik ki, sadəcə piyadaların həmləsində o biri fiqurlar kimi baş hərf yazılmır. Piyada sadece xananın adı ilə yazılır. Məsələn yuxarıdakı ağların piyadaları Pa2 yox, sadəcə a2 yazılar.

Uzun və qısa notasiya var. Uzun notasıyada fiqurun əvvəl harda olduğunu sonra isə hara gəldiyini göstəririksə, qısada sadəcə hara gəldiyini deyirik. Məsələn, qaraların atına diqqət edin, Ab8 və Ag8-də yerləşmişdir. Əgər At f6 xanasına gələrsə, bunu iki cür yaza bilərik. 1.Ag8-f6 və 2.Af6 Hal-hazrda ikinci variantdan istifadə olunur.

Aldığınız fiqur olarsa x-la işarətləyirik. Məsələn Txa4 - bu Topun a4 xanasındakı hansısa fiquru vurduğunu göstərir. Piyada da oxşardır. Məsələn dxe4 bu d piyadasının e4 xanasındakı fiquru vurması deməkdir. Şah elan olunan həmlədə + işarəsi qoyulur, məsələn Fb4+ Bu filin b4 xanasına gəlib eyni zamanda şah elan etməsi deməkdir. 

Mat üçün isə # işarəsindən istifadə edirik. Məsələn Vh5# Bu vəzirin h5 xanasına gəlməsini eyni zamanda isə mat etməsini göstərir.

Qala qurarkən isə - əgər şah tərəfinə qurursunuzsa (qısa-qala) 0-0, yox əgər vəzir tərəfinə qurursunuzsa (uzun-qala) 0-0-0 işarəsini qoyursunuz.

Şahmat notasiyasında bəzi işarələr var ki, onlar gedişin necə olduğunu göstərir. Məsələn:

+ - Gedişin Şah elan etməsinə işarədir.
++ - İkiqat şah elan etməsinə işarədir.
x - Fiqurun vurulmasına işarədir. (Məs. 1.Axd4 At d4 xanasındakı hansısa fiquru vurdu)
... - Gediş qaralarındır. (Məs. 1...-Vh4)
? - Səhv gedişə işarədir.
?? - Çox səhv gedişə işarədir.
! - Güclü gedişə işarədir.
!! - Çox güclü gedişə işarədir.
!? - Riskli gedişə işarədir.
?! - Qəribə, anlaşılmaz gedişə işarədir.
_+ - Ağlar üstündür.
+_ - Qaralar üstündür. 
# - Mat



6 yorum: