Kateqoriyalar

21 Ocak 2014 Salı

Dərs 1 - Şahmat necə oynanılır?


İlk bölümdə Şahmat fiqurları haqqında ümumi məlumat verəcəm. 






Bu bir şahmat taxtasıdır.




Üzərində 64 xanadan ibarət 8 üfüqi və 8 şaquli sıra vardır.

xanaların yarısı bu taxtada bozdur.

Taxtada daha açıq rəngdə olan xanalara AĞ XANALR deyiliir. 

Xanaların digər yarısı bu taxtada yaşıldır.

Taxtada daha tünd rəngdə olan xanalara isə QARA XANALAR deyilir.

Şahmatçı bir ordunun generalı kimidir.

Her kəsin 16 əsgəri vardır.

Biri ağ, digəri qara daşların generalıdır.

Şahmat növbə ilə oynanılır.

İLK HƏMLƏNİ HƏMİŞƏ AĞLAR EDƏR.


TOP




Başlanğıcda künclərdə duran şəkildəki fiqurun adı TOPdur.

Hər oyunçunun 2 topu var.




Yuxarıdakı şəkildə AĞ TOP qara piyadanı ala bilər.




Topun qarşısında eyni rəngdə (öz komandasından biri) fiqur varsa, o onun üstündən keçə bilməz.

Yəni o tərəfə hərəkət edirsə, o fiqura qədər gedə bilər. 

Top rəqib fiquru üzərinə (rəqin daşın yerinə, xanasın) gələrək alır.

Bir fiquru almaq istəyirsinizsə, aldığınız fiqurun yerinə qoyursunuz öz daşınızı, təbii ki, hədəfdədirsə.

Fiquru fiqurun üstündən ataraq ala bilməzsiniz, dama ilə qarışdırmayın.

AT


At başlarına bənzəyən fiqurlar AT ismini alır.
Yenə iki ağ və iki qara at vardır.

Oyuna topun yanında başlarlar.


At "L" hərfinə bənzər şəkildə hərəkət edir. Şəkilə diqqətlə baxın. 

At qara xanadadırsa, ağ xanaya, ağ xanadadırsa, qara xanaya gedər həmişə.



Digər fiqurlar kimi, at da rəqib fiqurunu aldığı təqdirdə, yerinə qoyulur.



Digər fiqurladan fərqli olaraq AT adına uyğun olarak digər fiqurların üzərindən atlayır.

Yuxarı şəkildə göründüyü kimi, atın ətrafını 8 fiqur sarsa da, yenə də 8 yerə gedə bilər.


Yuxarıdakı şəkilə baxaraq, atın necə rəqib daşı aldığını görə bilərsiniz.

FİL



Sivri uclu atdan biraz uzun fiqurlar FİLLƏRDİR.

İki ağ və iki qara fil var.



Fil diaqonal olaraq istədiyi məsafədə hərəkət edər.

Başlarkən hər iki rəqibdə iki fil olur, ağ və qara xanalı fillər. Ağ xanalı fillər ağ dioqonal xətt üzrə, qara xanalı fillər isə qara diaqonal xətt üzrə hərəkər edər. BUNA DİQQƏT EDİN.


Fil də önündə öz komandasından fiqur olanda üzərindən atlaya bilmir. (Bu şahmatda sadərə ata məxsus keyfiyyətdir!)


Yuxarıdakı şəkildə AĞ XANALI AĞ FİL qaraların piyadasını ala bilər.



Yuxarıda filin rəqib fiqurlarını necə aldığını görürsünüz.

VƏZİR


Yuxarıdakı şəkildə hər iki Vəzirin başlarkən durduğu yeri görürsünüz.



Vəzir həm fil kimi həm də top kimi hərəkət edə bilər. Taxtadakı ən güclü fiqurdur və mərkəzdəykən 27 xanaya gedə bilər.



Vəzir də öz komandasının üstündən atlaya bilməz yuxarıda gördüyünüz kimi, qara fiqurları isə digər fiqurlar kimi, Vəziri yerinə qoyaraq götürə bilərsiniz.


Yuxarıda vəzirin qara fiqurları necə aldığını görürsünüz.

ŞAH



Ağ Şah, Filin yanındakı QARA XANADA oyuna başlar.

Qara Şah Filin yanındaki AĞ XANADA oyuna başlar.


Şah ətrafında olan bütün xanalara sadəcə bir addım olaraq hərəkər edə bilər. Aşağı, yuxarı, sağa, sola və çarpaz.


Şah yanındaki bir xanadakı rəkib fiquru ala bilər.


Şahın bir qanunu var, rəqib fiqurun gedə biləcəyi xanalara şah gedə bilməz, ya da orda dura bilməz. Yuxarıda göründüyü kimi şah, x-lanmış xanalara gedə bilməz.


Burda şah filin hərəkət istiqamətində olan xanalara gedə bilməz.


Ağ və qara şahlar arasında həmişə 1 xana məsafə olmalıdır. ŞAH ŞAHLA ÜZ-ÜZƏ DURA BİLMƏZ!


Burda ağ şah, qara şahla üz-üzə gələ bilməz, onun üçün V xanasına gedə bilər sadəcə.

PİYADALAR


8 ağ və 8 qara piyada vardır. 


Piyada mövzusu biraz qarışıqdır, ona görə diqqətlə izləyin! 
İlk piyada, heç tərpənməmiş olan piyada istəyə görə bir və iki xana İRƏLİ hərəkət edə bilər. 


İlk həmlədən sonra piyada sadəcə bir xana irəli gedə bilər. 


Bu vəziyyətdə iki rəqib piyada tıxacdadır, hərəkər edə bilmirlər.


Piyada çarpaz olaraq rəqib daşını vurar amma düz hərəkər edər. Yuxarıdakı şəkildə ağ piyadanın 3 həmlə etməsi var,  ya sağ çarpaz və sol çarpazdakı rəqib piyadanı vuracaq, ya da düz gedəcək. (PİYADA GERİ HƏRƏKƏT ETMƏZ!)


Piyadanın elə də güclü olmadığını düşünə bilərsiniz, amma piyadaların heç bir fiqura xasolmayan ən böyük özəlliyi var. Belə ki, piyadanı taxtanın sonuna qədər irəlilədə bilsəniz, ŞAHDAN BAŞQA istədiyiniz fiquru-at, fil, top və vəziri seçib həmin xanaya qoya bilərsiniz. 




Biraz çətin prossesdən biri də piyadanın KEÇİDDƏ GÖTÜRMƏsidir. Əgər yuxarıdakı kimi, 5-ci xəttdə piyadanız varsa, və rəqibiniz onun yanından iki həmlə irəli gedərsə, bu piyadanı sanki bir xana irəlilətmiş kimi ala bilərsiniz. 


Yuxarıdakı animasıyada KEÇİDDƏ GÖTÜRMƏni görə bilərsiniz.





P.S. Başlarkən Şahların və Vəzirlərin doğru yerində 

olduğuna diqqət edin! 




















27 yorum:

  1. Ela cox sagolun eziyyetinize gore!

    YanıtlaSil
  2. Bu yorum yazar tarafından silindi.

    YanıtlaSil
  3. Salam, piyada geriye carpaz vura bilirmi?

    YanıtlaSil
  4. Salam.qara piyada iki addim atir. bəs ağ piyada qara piyadani necə götürür.Əziyyətinizə görə təşəkkürlər. vusalmeshedi313@gmail.com cavabı gözləyirəm.

    YanıtlaSil
  5. Salam piyada axira qeder gedir ve istediyi bir dasi onun yerine qoyur..Bes piyada nece olur ? Dala qayidir ? Xais cavab verin

    YanıtlaSil
  6. Salam piyada axira qeder gedir ve istediyi bir dasi onun yerine qoyur..Bes piyada nece olur ? Dala qayidir ? Xais cavab verin

    YanıtlaSil
    Yanıtlar
    1. Salam.Piyadanı istәdiyiniz daşla әvәz etdikdәn sonra hәmin daşın xüsusiyyәtlәrini daşıyır.Daha piyada olmur.

      Sil
  7. anlaşıqlı bir dildə yazılıb əhsən

    YanıtlaSil
  8. Cox sağolun, minnətdarlığımı bildirirəm

    YanıtlaSil
  9. Salam.piyada taxtanin sonunda vezire cixa biler?eger birinci vezir varsa.Yoxsa bir vezir varsa ikinci ola bilmez?

    YanıtlaSil
    Yanıtlar
    1. Olar.İsdeyirsiz bütün piyadalari çixin 9 vezirnen oynuyun.

      Sil
  10. Yaxsi melumat elde etdim.Tewekkur edirem

    YanıtlaSil
  11. Cox super izah olunub. Ahsan.

    YanıtlaSil
  12. Cox yaxsi aydin izah olunub.tesekkurler

    YanıtlaSil
  13. Çox sağ olun. Sözlə neçə əlaqə yaratmaq olar

    YanıtlaSil
  14. Salam.Şah vermə haqqında məlumat verə bilərsiz.

    YanıtlaSil