Kateqoriyalar

24 Ocak 2014 Cuma

Dərs 13 - Açıq debütlər


Debütün nə olduğunu xatırlayın. (fr.başlanğıc, açılış) Debüt özü 3 yerə bölünür - açıq, yarımaçıq və qapalı debütlər. İndi açıq debütlərdən bəhsedəcəyik.






Açıq debütlər belə başlayır : 1.e2-e4 e7-e5 bu gedişlərdən sonra məqbul sayılan 3 cür davamedici gedişlər var. 

1. Ağlar f4 piyadasını irəli verərək riskli bir həmlə ilə davam edir. (Şah qambiti, Vyana debütü və s.) 
2. Ağlar d4 oynayaraq mərkəzi yarma planını tətbiq edirlər. (Şotland debütü və s.)
3. Ağlar riskə getmədən d3 oynayır və daha az həyəcanlı oyuna start verirlər. 

Sual ola bilər ki, niyə açıq adlanır? Diqqət edin, şah piyadası qarşılıqlı olaraq iki xana irəliləyib, fil və vəzirin önünü açmış olur. Sürətli və təsir edici inkişafa bir anda nail olmaq şansı da demək olar buna. 


İTALYAN DEBÜTÜ

1.e2-e4 e7-e5
2.Ag1-f3 Ab8-c6
3.Ff1-c4 Ff8-c5



Ağların davam edən alternativi çoxdur. 
1) Qapalı italyan debütü (d3 və Ac3)
2) Modern qapalı sistem (d3 və c3)
3) Klassik sistem (c3 və d4)
4) Evans qambiti (b4, sonra c3 və d4) Ən sevdiyim qambitlərdən biridir. Söz yox, indi deyil, təzə-təzə oynamağa başlayanda tətbiq edirdim. Daha çox Pol Morfidən təsirlənmişdim yəqin.

İKİ AT MÜDAFİƏSİ

1.e2-e4 e7-e5
2.Ag1-f3 Ab8-c6
3.Ff1-c4 Ag8-f6



İtalyana çox bənzəyir deyilmi? Ağların buna qarşılıq olaraq bir çox variantları var. 
1) Ac3 - Risklidir, çünki növbəti gediş qaralar Ae4 və sonra d5 ikiqat zərbə var.
2) d3 - italyanda olduğu kimi qapalı sistemə keçmək
3) Ag5 - f7 xanasına hücum qurmaq. Təbii əgər qarşınızdakı yeni oyunçudursa, buna qarşı müdafiə qurması çətin olar. Və oyun belə davam edər - 4.Ag5-d6 5.Af7 ikiqat zərbə. Həm vəzirə həm də topa eyni anda hücum.
4) d4 - qaralar mərkəzin ağların nəzarətinə keçməməsi üçün baş sındırmalıdırlar. 


ŞOTLAND MÜDAFİƏSİ

1.e2-e4 e7-e5
2.Ag1-f3 Ab8-c6
3.d2-d3 e5xd4
4.Axd4 və ya c3 Qourinq qambiti də ola bilər.



Yuxarıdakı diaqrama baxaraq deyə bilərik ki, 4...-Axd4 qaralar üçün təhlükəli ola bilər. Çünki davam olaraq 5.Vxd4 və ağ vəzir sağlam mövqedə dayanır. Mən ilk başda Şotland oynayanda qaralarda adətən Vh4 oynayurdum. Riskli bir gedişdir.


ŞAH QAMBİTİ*

1.e2-e4 e7-e5
2.f2-f4


Qaralar verilən f4 qurbanını qəbul etməyib 2...- Fc5 (Qəbul edilməmiş Şah Qambiti) və ya 2...-d5 (Folkbir qambiti) də oynaya bilər. Və ya :
2...e5xf4
3.Ag1-f3

Af3 gedişi Vh4 həmləsinin qarşısını almaq üçündür. Anderson, Morfi və s. oyunlarında Fc4 riskli gedişini görə bilərsiniz. Amma bu gediş çox təhlükəlidir. Azacıq səhvə görə böyük keyfiyyətlər itirə bilə və ya mat ola bilərsiniz.


VYANA DEBÜTÜ

1.e2-e4 e7-e5
2.Ab1-c3 Ag8-f6
Əslində Ac6 da mümkündür. Bundan başqa 2.f2-f4 və ya Fc4 ya da mənim seçdiyim g3 sonra Fg2 də ola bilər. 
3...d7-d5 


Adətən bu pozisiyada 4.fxe5 Axe4 5.Af3 və ya 5.d3 oynayaraq bərabər mövqeyə sahib olurlar. 


DÖRD AT DEBÜTÜ
Ağların gedişlərinə başqa bir variant daha -  1.e4 e5 2.Af3 Ac6 3.Ac3 Af6



Gəlin baxaq, belə mövqe daha az həyəcan, action olan hallardandır. Hər iki tərəf müdafiəsinə ciddi önəm verir. Simmetrik debütlər sırasına da daxildir. Burdan ispan (Ruy Lopez - 1.e4-e5 2.Af3-Ac6 3.Fb5) debütünə də keçid etmək olar. 4.Fb5 Qarşılıq olaraq da Qaralar 4...-Fb4 oynaya bilər. Nə qədər simmetrik görünsə də, tövsiyyə etmirəm ki, qarşı tərəfin eyni həmlələrini davam edəsiniz. Çünki TEMP* ilk həmlə edəndə olacaq.


RUS MÜDAFİƏSİ (Adını Petrov adlı rus şahmaçıdan götürüb. Adətən buna Petrov müdafiəsi də deyilir)
1.e4 e5 
2.Af3 Af6

Ağlar Axe5 oynaya bilər, sakin olmalı, d6 cavabını verməlidirlər qaralar. Çünki əgər qaralar da Axe4 oynasa Ve2 oynayaraq ağlar fiqur qazana bilər. Ən sağlam müdafiə elə d6-dır. 

Aşağıda sizlərə bir sıra açıq debütlərə aid nümunələr təqdim edirəm. 


İTALYAN DEBÜTÜ 
AÇIQ VARİANT 

1.e2-e4 e7-e5 
2.Ag1-f3 Ab8-c6 
3.Ff1-c4 Ff8-c5 
4.c2-c3 Ag8-f6 
5.d2-d4 e5xd4 
6.c3xd4 Fc5-b4+ 

EVANS QAMBİTİ 
1.e2-e4 e7-e5 
2.Ag1-f3 Ab8-c6 
3.Ff1-c4 Ff8-c5 
4.b2-b4 Fc5-b4 
5.c2-c3 Fb4-a5 
6.d2-d4 d7-d6 


İKİ AT MÜDAFİƏSİ
4.d4 VARİANTI 

1.e2-e4 e7-e5 
2.Ag1-f3 Ab8-c6 
3.Ff1-c4 Ag8-f6 
4.d2-d4 e5xd4 
5.0-0 Af6xe4 
6.Kf1-e1 d7-d5


ŞOTLAND DEBÜTÜ
4...Af6 VARİANTI 

1.e2-e4 e7-e5 
2.Ag1-f3 Ab8-c6 
3.d2-d4 e5xd4 
4.Af3xd4 Ag8-f6 
5.Ad4xc6 b7xc6 
6.e4-e5 Vd8-e7 


QOURİNQ QAMBİTİ 
1.e2-e4 e7-e5 
2.Ag1-f3 Ab8-c6 
3.d2-d4 e5xd4 
4.c2-c3 d4xc3 
5.Ab1xc3 Ff8-b4 
6.Ff1-c4 d7-d6 


İSPAN DÖRD ATI 
RUBINSTEIN VARİANTI 

1.e2-e4 e7-e5 
2.Ag1-f3 Ab8-c6 
3.Ab1-c3 Ag8-f6 
4.Ff1-b5 Ac6-d4 
5.Fb5-a4 Ff8-c5 
6.Af3xe5 0-0 

PHILIDOR MÜDAFİƏSİ
1.e2-e4 e7-e5 
2.Ag1-f3 d7-d6 
3.d2-d4 Ag8-f6 
4.Ab1-c3 Ab8-d7 
5.Ff1-c4 Ff8-e7 
6.0-0 0-0
İTALYAN DEBÜTÜ
MODERN QAPALI VARİANT 

1.e2-e4 e7-e5 
2.Ag1-f3 Ab8-c6 
3.Ff1-c4 Ff8-c5 
4.c2-c3 Ag8-f6 
5.d2-d3 d7-d6

İKİ AT MÜDAFİƏSİ
4.Ag5 VARİANTI 

1.e2-e4 e7-e5 
2.Ag1-f3 Ab8-c6 
3.Ff1-c4 Ag8-f6 
4.Af3-g5 d7-d5 
5.e4xd5 Ac6-a5 
6.Fc4-b5 c7-c6 
7.d5xc6 b7xc6

İKİ AT MÜDAFİƏSİ
MAX LANGE HÜCUMU 

1.e2-e4 e7-e5 
2.Ag1-f3 Ab8-c6 
3.Ff1-c4 Ag8-f6 
4.d2-d4 e5xd4 
5.0-0 Ff8-c5 
6.e4-e5 d7-d5 
7.e5xf6 d5xc4

ŞOTLAND DEBÜTÜ
4...Fc5 VARİANTI 

1.e2-e4 e7-e5 
2.Ag1-f3 Ab8-c6 
3.d2-d4 e5xd4 
4.Af3xd4 Ff8-c5 
5.Ad4-b3 Fc5-b6 
6.a2-a4 a7-a6

ŞOTLAND DÖRT ATI 
1.e2-e4 e7-e5 
2.Ag1-f3 Ab8-c6 
3.Ab1-c3 Ag8-f6 
4.d2-d4 e5xd4 
5.Af3xd4 Ff8-b4 
6.Ad4xc6 b7xc6

PETROV MÜDAFİƏSİ
3.Axe5 VARYANTI 

1.e2-e4 e7-e5 
2.Ag1-f3 Ag8-f6 
3.Af3xe5 d7-d6 
4.Ae5-f3 Af6xe4 
5.d2-d4 d7-d5


VYANA DEBÜTÜ
1.e2-e4 e7-e5 
2.Ab1-c3 Ag8-f6 
3.f2-f4 d7-d5 
4.f4xe5 Af6xe4 
5.Ag1-f3 Ff8-e7







Hiç yorum yok:

Yorum Gönder