Kateqoriyalar

21 Ocak 2014 Salı

Dərs 2 - Şah elan etmək



Bu dərsimizdə Şah elan etməyin necə olduğundan bəhs edəcəyik.


Əgər Şahınız rəqib fiqur tərəfindən TƏHDİD EDİLİRSƏ "şah" (şah təhdidi altında) deyiliir. Şahınıza qarşı təhdid varsa rəqib fiqur tərəfindən ordan uzaqlaşlamalısınız. Yuxarıda qara şaha "ŞAH!" elan olunub. Qaralar təhdid olunmayan xanaya gedərək "ŞAH!" elanından xilas olurlar. Yuxarıya baxaraq qara şahın niyə tək həmləsi olduğunu anlamağa çalışın. 


Qara şah yuxarıda gördüyünüz kimi yenə təhdid altındadır. Bu zaman şah bir yerə gedə bilməz. Niyə bilirsiniz? (Əvvəlki dərsi yada salaraq xatırlayın ki, şah şahla üz üzə gələ bilməz) Belə olan halda, imkan varsa Vəzir, top, at, fil və ya piyadayla təhdidin qabağını kəsə bilərsiniz. Yuxarıdakı şəkildə gördüyünüz kimi qara şahın gedə biləcək bir yeri olmadığına görə fil ilə topun təhdidinin qarşısını alır.



Şah elanından ən yaxşı qurtulmağın yollarından biri, şah elan edən fiquru vurmaqdır. Yuxarıda gördüyünüz kimi AĞ TOP ŞAH ELAN EDİB, ANCAQ FİL TOPU ALA BİLƏR. 


Bəs əgər heç bir alternativ yoxdursa necə? Şah elan olunub şahın qaçmağa xanası yoxdur, təhdidin qarşısını almaq mümkün deyil, təhdid edən daşı vurmaq mümkün deyil, onda necə olacaq? "ŞAH MAT!" təhdid edən tərəf rəqibi üzərində qələbə qazanır. Yuxarıdakı şəkildə ağ top qara şahı təhdid edir və qara şahın qaçmağa yeri yoxdur, yəni qara şah mat olur.


Yuxarıdakı pozisiyaya baxaq, qara şah təhdid olunan xanaya gəlir (!) Ağlar qaraların şahını alaraq oyunu qazana bilərmi? ƏSLA! Bu şahmat qanuna qarşı ziddir. Sadəcə rəqib şahı sıxışdırıraq oyunu qazana bilərsiniz. Belə olan halda, qaraların həmləsini dəyişməsini, həmlənin yalnış olduğunu xahiş edirsiniz.


Yuxarıda qara fil şahını ağların topunun şah təhdidindən qoruyur. Və qara fil belə olan təqdirdə oynaya bilməz, çünki qara şah təhdid altına düşə bilər. Bu hala şahmatda "Bağlama" deyirlər. Əgər səhvən qaralar filini oynadarsa, geri almasını xahiş edin.

Hiç yorum yok:

Yorum Gönder