Kateqoriyalar

22 Ocak 2014 Çarşamba

Dərs 11 - Hücum və müdafiə


Şahmat müharibə kimi hücum və müdafiədən ibarətdir. Bu dərsimizdə yeni terminlərlə tanış olacağıq. Hücum, müdafiə, təhdid - Və bunların şahmatda necə istifadə olunduğunu sizlərə göstərəcəyik.



Əgər bir fiqur, rəqib fiquru ala biləcək vəziyyətdədirsə, bu hala hücum deyilir. Hələlik bu dərsimizdə sadəcə fiqurlara hücumları görəcəksiniz. Müharibədə olduğu kimi şahmatda da qalib gəlmək üçün sadəcə müəyyən yerləri deyil, bütün taxtaya nəzarət etməlisiniz.  Onun üçün gələcək dərslərimizdə sizlərə xanalara necə hücum olunur göstərəcəyik.  

Təsəvvür edin ki, mən sizin fiqurunuzu almaq üçün hücum etmişəm, lakin sizin də o fiquru qoruyan başqa bir fiqurunuz var. Buna isə müdafiə deyilir. 
Müdafiəsiz fiquru hücum etmək təhdid adlanır. Yetərincə qorunmayan fiqura da hücum etmək təhdid adlanır. Aşağıdakı diaqramlara gələk.


Hər iki oyunçu mərkəzə piyadasını irəlilədərək oyuna başlamışlar. Sonra ağ at meydana çıxıb, qaraların piyadasını təhdid edir. Qaralar burda nəsə etməlidir. Və əlbəttə ki, bu hücumdan qorunmanın çox yolları var. Siz neçə qorunma təklif edərdiniz? 


Diaqrama baxın, qaralar təhdidə məruz qalmış piyadasını qara at qoruyur. Və buna cavab olaraq ağlar digər mərkəz piyadası olan vəzir piyadasını iki xana irəli götürür. Qarışıq vəziyyət alındı. Ağlar qaraların mərkəz piyadasın iki yerdən hücum edir, lakin qara piyada sadəcə bir fiqurla - atla qorunur. Və qaralar müdafiəni artırmalıdırlar.


Təkrar eyni pozisiyaya baxaq. Bu dəfə ağların irəli götürdüyü piyadaya diqqət edək. Qaralar həmin piyadaya iki fiqurlar - at və piyadayla hücum etmiş haldadır, ağlar da iki fiqurlar - vəzir və atla o piyadanı müdafiə etməkdədir. Beləcə Qaralar dəyişməyə girə bilər.


Davam edirik, qaralar ağların d4 piyadasını alırlar, ağlar da buna cavab olaraq həmin qara piyada atla (!) alır. Niyə görə vəzirlə almadı bir düşünün. Cavabı deyirəm, əgər vəzirlə o piyadanı götürsəydi, onda qara at da vəziri götürərdi. Əvvvəlki dərsdə də dediyimiz kimi, atla vəzir bərabər deyil.


Qaralar atları dəyişmək yerinə, fili çıxaraq ekstra hücum edirlər. Beləcə at qaraların iki fiquru tərəfindən təhdidə məruz qalır. Ağlar ya atları dəyişəcək, ya da atını daha təhlükəsiz yerə aparacaq. Təbii ki, atı müdafiə edə bilərsiniz, bunun üçün piyadanı ya da fili istifadə edə bilərsiniz. Görə bilirsiniz?


İndi isə yuxarıya baxın. Bu halda Ağ Vəzir qaraların 3 piyadasına birdən hücum etməkdədir. Piyadaların ikisi müdafiə olunan, digəri isə müdafiəsiz piyadadır. Belə isə qaralar e5 xanasındakı piyadasını qorumalıdırlar. 


Yuxarıdakı diaqramda Ağlar ikili hücum edirlər. Həm f7 xanasına həm də e5 xanasına. Ağlar eyni zamanda f7 xanasına hücumun nəticəsi olaraq qaraları mat edə bilərlər. Qaralar isə bu iki hücuma bir cavabla qarşılıq verməlidir. Sizcə hansıdır o? (Açar söz Vəzir)


Sonuncu diaqramda nə baş verir? Ağlar eyni piyadaya at və fil ilə hücum edir (f7) lakin qaralar sadəcə şah ilə f7 piyadasını qoruyur. Bu vaxt qaralar vəziri müdafiə üçün istifadə etməzlər, çünki hücum edən at və fildən daha dəyərlidir vəzir. Müdafiənin tək yolu, qaraların vəzir piyadasını iki xana qabağa verməkdir.

Hiç yorum yok:

Yorum Gönder