Kateqoriyalar

22 Ocak 2014 Çarşamba

Dərs 5 - Pat nədir?



Şahmatda yaranan pozisiyalardan biri olan Patı öyrənəcəyik.



Yuxarıdakı diaqramda həmlə qaralarındır. Gördüyünüz kimi cəmi bir fiquru var - Şah. O da güvənli yerə gedə bilmir. Nə olacaq? MAT? Yox! Çünki şah elan olubmayıb. Bu vəziyyətdə Pat elan olur, rəqiblər bir-birinin əlini sıxaraq bərabərlik elan edirlər. Diaqrama diqqətlə baxın.


Yuxarıdakı şəkildə də şah elan olunmayıb, qara şah tərpənə bilmir. Bu vəziyyətdə də patdır? Xeyr! Çünki qaraların əlavə bir fiquru - piyadası var. Unutmayın, şah deyilməyibsə ve heç bir fiqurunuzu oynaya bilmirsinizsə, bu zaman PAT olur.




Tipik bir pat daha görürsünüz. Qara şah hara gedir, getsin şah təhdidi altına düşəcəkdir.


Yuxarıdakı diaqramda qara şahın ağ vəzir tərəfindən pat edildiyini görürsünüz. Qara şaha şah elan olunmayıb, amma mümn gedə biləcəyi bütün xanalara vəzir nəzarət edir. Yenə PAT. Partiya heç heçə başa çatır.


Rəqibinizin tək şahı qaldığında ehtiyatlı oynayın ki, pat olmasın. Yuxarıdakı diaqrama baxın, ağ piyada sonuncu üfüqi xəttə gəlib, vəzirə (ya da topa) çevrilsə oyun pat olacaq. Çünki qara şahın mümkün gedə biləcəyi xana yoxdur.

Hiç yorum yok:

Yorum Gönder