Kateqoriyalar

22 Ocak 2014 Çarşamba

Dərs 6 - Piyada çevrilməsi


Bu dərsimizdə piyadanın son xəttə gəldikdən sonrakı mərhələni öyrənəcəyik.


Yuxarıdakı vəziyyətdə ağların 7-ci xətdə piyadası var. Lövhənin sonuna gəldiyi zaman piyadanı şahdan başqa bütün fiqurlarla əvəz etmək mümkündür. Vəzir, top, fil və atdan birini seçə bilərsiniz.


Ağların piyadası vəzirə çevrilmişdir. Adətən piyadalar ən güclü fiqura çevrilir - yəni Vəzirə. Diqqət edin, piyada taxtadan götürülür, yerinə seçilmiş fiqur qoyulur. 


Yuxarıdakı diaqramda əgər ağların piyadası vəzirə çevrilərsə, PAT yaranar. Bunun yerinə Topa çevrilməlidir.


Yuxarıdakı vəziyyətə diqqətlə baxın. Əgər ağların piyadası VƏZİRƏ çevrilsə, o zaman sonrakı həmlədə ağlar mat olur. Ona görə piyada vəzirə yox, ATa çevrilməlidir, beləcə həm şah elan edir, eyni zamanda da vəziri udur. Bir fiqurla iki zərbə etmənin şahmatda terminoloji adı - ÇƏNGƏL-dir. 


Bir vəzirə sahibsinizsə ikinci vəzirə də sahib ola bilərsiniz. Hətta belə desək daha doğru olar - 9 VƏZİR SAHİBİ OLA BİLƏRSİNİZ, 


Hiç yorum yok:

Yorum Gönder