Kateqoriyalar

22 Ocak 2014 Çarşamba

Dərs 9 - Qələbə və heç heçə



Şah matla oyun qazanmağı öyrənmişik artıq. Eyni zamanda Patla da necə heç heçə olduğunu öyrənmişik. Bu dərsdə digər qələbə və heç heçəni öyrənəcəyik. 





Rəqibiniz təslim olarsa siz oyunu qazanmış olursunuz. Təslim olmaq o deməkdir ki, rəqibiniz düşdüyü vəziyyətdən çıxa bilməyəcəyini düşünür və davam etməyin mənasız olduğunu anlayır. Təslim olduqda mat etmiş kimi qələbə qazanmış olursunuz. Təzə başlayanlar mat olana qədər oynamalıdırlar. Şahmat saatından istifadə edirsinizsə vaxtın bitməsindən də oyunu uduza bilərsiniz. Turnirdə oynuyursunuzsa, müəyyən bir vaxt təyin olunur. Vaxtınız bitərsə və rəqibin mat edəcək fiquru varsa, oyunu uduzursunuz. 


Oyunda əgər mat edəcək fiqur yoxdursa, və ya sadəcə iki şah qalıbsa oyun heç heçə bitir. Yuxarıdakı vəziyyət heç heçədir.


Şah ata qarşı və şah oyun sonluğunda partiya heç-heçə bitər, çünki tək atla mat mümkün deyil.


Şah şaha və filə qarşı olan vəziyyətdə də oyun heç-heçədir. Çünki tək fil ilə mat mümkün deyil. Şah iki filə qarşı, iki ata qarşı, at və filə qarşı olanda mat edə bilərsiniz. Amma çox çətindir. 

Həmlə etdiyiniz zaman vəziyyətin bərabər olduğunu gördüyünüzdə rəqibə heç-heçə təklif edə bilərsiniz. Əgər rəqibiniz təklifinizi qəbul edərsə oyun heç-heçə bitər. Amma yeni başlayanlar oyun ortasında, oyun sonunda və əvvəlində bərabərlik təklifi etməsə daha yaxşıdır. Mat və ya pat olana qədər oynayın. 

Əgər eyni həmləni rəqibinizlə bərabər 3 dəfə təkrar edirsinizsə, oyun heç-heçə bitir. (Daimi şah haqqında gələn dərslərdə) Oyunun hər hansı hissəsində hər iki oyunçu da 50 gediş içərisində fiqur qazanmayıb ya da piyadayla oynamamışsa, oyun heç heçədir. 

Tək başına şah qalmışsa da piyada irəli oynarsa, saymaya yenidən 50-dən başlamalısınız.

Hiç yorum yok:

Yorum Gönder