Kateqoriyalar

24 Ocak 2014 Cuma

Dərs 12 - Fundamental debüt* prinsipləri



Şahmat oyunu 3 hissədən ibarətdir. Debüt* (fr. başlanğıc), Mittelşpil (al. oyun ortası), Endşpil (Sonluq). Bu gün Debüt haqqında danışacağıq.




Şahmatda ilkin həmlələri - DEBÜT gedişlərini doğru etmək, səhvsiz etmək çox önəmlidir. (Debüt özü də 3 yerə bölünür - açıq, yarımaçıq, qapalı. Bu haqda gələcək dərslərimizdə danışacağıq) Təsəvvür edin ev tikirsiniz, fundamenti zəif qurmusunuz, istər-istəməz gələcəkdə söküləcək. Məhz bu prinsiplə baxın mövzuya. Əgər debüt gedişlərini doğru etsəniz, irəlidəki gedişlər asanlaşacaq. Debütdə 3 prinsip var ki, şahmatçı gərək buna diqqət etsin.


1. Fiqurlarınızı inkişaf etdirin. General olduğunuzu düşünün, müharibə zolağı boyunca yüngül artılleriyanı yerləşdirirsiniz. (Yadınıza salın yüngül fiqurlar (at və fil) , ağır fiqurlar (vəzir və top)) Məhz bu məntiqlə, oyuna ilk at və filləri salın. 


2. Mərkəzi işğal edin. Müharibə ərazisini nəzarətə götürən ordu, adətən qələbə qazanır. Ona görə taxtanın mərkəzində fiqurlarınızı inkişaf etdirin.


3. Şahınızı təhlükəsiz yerə götürün. Bu - yüngül fiqurlarınızı çıxdıqdan sonra, QALA QURUN deməkdir. Sizin başlıca olaraq qoruduğunuz fiqur (şah) mərkəzdən nə qədər uzaq olsa, o qədər yaxşıdır. Qala qurduqdan sonra çalışın şahın önündəki piyadalarla hərəkətə keçməyin (Bu yeni başlayana aiddir)


Yeni başlayanlar şah piyadası (e2) ilə oyuna başlamalıdırlar. Bu gediş həm mərkəzə nəzarət üçündür, həm də fil və vəzirin önünü açmaq üçündür. 


Yaxşı bir səbəb yoxsa, vəziri ilk gedişlərdə oyuna salmayın. Çünki daha yüngül fiqurlar tərəfindən tutula bilər.


Yuxarıdakı diaqrama baxın. Ağır fiqur topları da oyuna debüt zamanı salmayın. Toplardan adətən oyun sonlarında istifadə olunur.


F və g piyadalarını yaxşı bir səbəb yoxdursa debütdə oyuna salmayın. Yuxarıdakı diaqrama baxın, ağların azacıq səhvindən qaralar yararlanaraq 2-ci gedişdə mat edirlər. Bunu adı "axmaq mat"dır.


Debütdə yenə yaxşı bir səbəb yoxdursa, bir fiqurla iki gediş etməyin. Ondansa digər fiqurların inkişafına diqqət edin. Məsələn yuxarıda ağlar atla iki dəfə oynayıb. Amma Ag5 həmləsindənsə, ağ filin oyuna daxil olması daha məqsədə uyğundur. 
DİQQƏT! Bütün yüngül fiqurlarını oyuna salan ilk oyunçu, hücumu bir o qədər tez edir.


Digər fiquru çıxaraq  başqa bir fiqurun çıxmasına əngəl olan gediş etməyin. Yuxarıdakı diaqramda hər iki oyunçu səhv etmişdir. Ağlar Fili d3 xanasına gələrək c1-dəki filin çıxmasına mane olur, qaraların vəziri isə f8 xanasındakı filin çıxmasına mane olur. 

P.S. Bu fundamental biliklərdir. Elə hal ola bilər ki, bunlara riayət etməyə bilərsiniz. Amma debütdə yeni başlayanlar, bu dərsdə bəhsetdiyimiz şeylərə riayət etsə, daha yaxşı olar. 




Hiç yorum yok:

Yorum Gönder