Kateqoriyalar

21 Ocak 2014 Salı

Dərs 3 - Qala qurmaq


3-cü dərsimizdə oyun əsnasında ən böyük templərdən biri - Qala qurma haqqında danışacağıq.


Qala qurma - Şah və topla edilən 2 həmlənin birləşməsinə deyilir. Oyunda maksimum bir dəfə edilə bilər. Qala qurma zamanı şah topa qarşı iki həmlə edir və top şahın üzərindən keçərək, şahın yanına yerləşir.


Taxtanın iki cınahından birinə tərəf qala qura bilərsiniz. Şah cınahına - Şahın olduğu tərəf və Vəzir cınahına - Vəzir olduğu tərəf. Diaqramda ağ şah şah cınahında qala qurmuşdur. 


Yuxarıdakı diaqramda qara şah vəzir cınahında qala qurmuş vəziyyətdədir. Vəzir cınahına qurulan qalada Şah mərkəzə daha yaxın olur. Şah cınahında qurulan qala qurmada isə şah biraz daha kənara sıxılır, diqqət etsəniz.


Sadəcə yerindən tərpənməmiş şah və eyni zamanda topla qala qura bilərsiniz. Yuxarıdakı diaqramda qaralar qala qura bilmir çünki qara şah yerindən tərpənmişdir. Ağlar isə vəzir cınahında qala qura bilmir, çünki vəzir cınahındakı top yerindən tərpənmişdir. Ancaq şah cınahında qala qura bilər.  


Şah elan olunarkən qala qurmaq olmaz! Yuxarıdakı diaqramda qara fil ağ şaha "şah" elan edib. Şah təhdidindən xilas olmaq üçün qala qurmaq olmaz. Əvvəl şah deyilib, lakin şahınız tərpənməyibsə, o zaman qura bilərsiniz. 


Rəqib fiqurla nəzarət olunan xanaya qala qurmaq olmaz! Yuxarıdakı diaqrama diqqət edin, əgər ağ şah vəzir cınahına qala qurarsa, qara filin təhdidinə tuş gəlir. Onun üçün yuxarıdakı diaqramda vəzir cinahına deyil, şah cinahına qala qura bilər, ağlar. 


Əgər qala qurarkən, Şah rəqib fiqurun nəzarət etdiyi xanada keçərsə, yenə də qala qurmaq olmaz! Yuxarıdakı diaqramda ağ şah vəzir cınahına tərəf qala qura bilməz, çünki qaraların topunun nəzarət etdiyi xanadan keçməli olacaq ağ şah. Həmçinin şah cınahına da qala qura bilməz, çünki ağ şah qara filin nəzarət nəzarət etdiyi xanadan keçməli olacaq.

Hiç yorum yok:

Yorum Gönder