Kateqoriyalar

21 Ocak 2014 Salı

Dərs 4 - Tipik matlar


"Mat necə olur?" sualına cavab tapacağıq bu dərsimizdə.




Rəqib şah kənarda olarkən mat etmək çox asandır. Vəzir və topla rəqib şahı sıxışdıraraq çox asan mat etmək mümkündür. Bu mata nərdivan matı deyilir. Vəzir şah elan edib, top isə şahın qaçmasına mane olur. Diaqrama baxın.


Bu dəfə top mat etmişdir, diqqət edin, qara şahın qaçmağa yeri yoxdur və öz piyadaları ona mane olur. 


Bu nümunədə Şah və Topla necə mat edilir göstərilir. Ağ şah qara şahın qaçmasına mane olur. Unutmayın, şah şahla üzbəüz gələ bilməz.


Digər bir şablon mat. Qara şah ağ vəziri ala bilməz, çünki ağ şah onu müdafiə edir.


Başqa bir mat, filin müdafiəsindən yararlanaraq, ağ vəzir qara şahı mat edir. Şah vəziri ala bilməz, çünki fil onu müdafiə edir.


Yuxarıdakı diaqramda ağlar edir sizcə? Əlbəttə yox! Qara at ağ vəziri ala bilər. Mat edəcəyiniz həmləni etmədən öncə yaxşı-yaxşı fikirləşin. Rəqibiniz "şah mat!" desə, diqqətlə baxın, xilasın olub-olmadığına.


Hiç yorum yok:

Yorum Gönder