Kateqoriyalar

22 Ocak 2014 Çarşamba

Dərs 8 - Fiqurların dəyərləri


Fiqurların hərəkətlərini, funksiyalarını öyrəndik. İndi isə onların dəyərlərinə gəlin nəzər salaq.
Ordumuzda bəzi əsgərlər çox güclü, bəziləri isə az güclüdür. İndi isə gəlin onları dəyərləndirək.


Piyada ilə başlayaq. Piyadaya bir xal veririk.


Fil. Filə də 3 xal verək, aşağı-yuxarı 3 piyada dəyərdindədir.


At. At da fildən geri qalmır. Ona da 3 xal veririk və at da 3 piyada dəyərindədir. Həmçinin fil ilə ata yüngül fiqurlar da deyilir.


Top. Ağır fiqur adlandırılan top çox güclü fiqurdur. Atdan güclüdür ona görə ki, daha uzun məsafəyə gedə bilər, fildən güclüdür ona görə ki, taxtada istədiyi xanaya gedə bilər. Ona görə topa 5 xal verib, 5 piyada dəyərində olduğunu deyirik.


Vəzir. Taxtanın ən güclü fiqurudur. Top və filin birləşməsinin gücünü verir ya da daha artığını. İki topa, 4 yüngül fiqura (İki fil və iki at), 1 top iki yüngül fiqura, 8 piyadaya bərabərdir. Ona görə vəzirə 9 xal veririk.

Son olaraq ŞAH. Şaha hər hansı qiymət vermək mümkün deyil, çünki oyun onsuz da onun üzərində qurulur


Unutmayın. Bir atla və ya bir fil ilə mat mümkün deyil. Lakin iki atla və ya iki fil ilə mat mümkündür. Həmçinin bir topla da mat mümkündür. Bu dərs ona görə vacibdir ki, fiqur dəyişərkən keyfiyyəti əldə verməyəsiniz. Məsələn Vəzir ilə topu, topla fili ya da atı dəyişməyəsiniz. (Təbii ki, bu mövqeyə görə dəyişir)

İndi sizə Şahmatın qızıl qanunlarından birini deyəcəyəm, unutmamalsınız.
Baxın, hesablayın. Xal olaraq qabaqdasınızsa fiqurları dəyişməyə başlayın, yox əgər xal olaraq daldaysanızsa piyadaları dəyişməyə başlayın.



Hiç yorum yok:

Yorum Gönder