Kateqoriyalar

26 Ocak 2014 Pazar

Dərs 14 - Taktikalar




Bu gün şahmatı yeni öyrənənlər üçün taktika dərslərini hamısını bir arada verəcəyik. 


Taktiklar haqqında çox danışa bilərik amma qısa olaraq deyə bilərik ki, Şahmatda taktika strategiyanın tərkib hissəsi olub, strateji planların ayrı-ayrı əməliyyatlarının həyata keçirilməsini təmin edir.

AÇIQ ŞAH

Şah elan etməyi artıq öyrənmişik. Bu gün biz "açıq şah"la əldə edəcəyimiz üstünlüyü öyrənəcəyik. Açıq şah adından da göründüyü kimi açaraq şah deməkdir. Biraz fikirləşsəniz təxmin etmək çox çətin deyil bu pozisiyanı. Aşağıdakı diaqrama baxaq. Gediş ağlarındır. Qaraların üstünlüyü vəzirinin olmasındadırsa, ağların isə mövqe üstünlüyü var. Təbii bu üstünlüyü iki qatına çıxartmaq üçün ağların çox gözəl fürsəti var. Diaqrama nəzər salaq, növbəti gediş nə ola bilər? 


1.Ae6+ Burda ağlar atı topun qabağından açaraq şah elan edir. Eyni zamanda atı açaraq həm də vəzirə hücum edir. Qaralar məcbur olaraq 1...-Şh8 oynayır, və növbəti gediş isə 2.Ad8 qaraların vəziri əldən getdi və ağlar qalib gəldi.

Növbəti diaqrama baxaq, nəticə etibarilə ağlar və qaralar bərabərdir. Amma qaraların əlində üstünlüyü ələ keçirmək üçün əla fürsət var. Gediş qaralarındır və mövzumuz açıq şahdır. Biraz fikiləşin, növbəti gediş nə ola bilər?


1...-Ac4+  Bəli qaralaq filin qabağındakı atı açaraq şah elan edir ağlara, həm də top a hücum edirlər. Topun müdafiəsi mümkünsüzdür, diqqət edin. Şah topu müdafiə üçün d2 xanasına da gələ bilmir. qara at c4 xanasından həmin xananı nəzarətə götürüb. Və beləcə qaralar qalib gəlir.

İKİ QAT ŞAH


Adından da göründüyü kimi, iki qat şah iki fiqurla eyni zamanda şah deməkdir. İki qat şah zamanı mütləq şah hərəkət etməlidir. Çünki iki fiqurla şah deyildiyi üçün önünə fiqur qoymaq mümkün deyil.


AÇIQ HÜCUM

Rəqibə şah elan edərək onun fiquruna və ya fiqurlarına eyni zamanda zərbə endirməyə Açıq Hücum deyilir. Açıq hücumda da iki fiqurdan istifadə olunur. Aşağıdakı diaqrama baxaraq ağların birinci gedişini təxmin edin.


1.Fb4+ Diqqətlə baxın, ağlar həm b4 xanasından qaralar şah elan edir, həm də d5 xanasındakı filə hücum edir. Növbəti gediş nə olur olsun, 2.Td5 və qaraların fili əldən gedir.


İKİ QAT ZƏRBƏ VƏ ÇƏNGƏL

İki qat zərbə adından da göründüyü kimi iki fiqura eyni zamanda zərbə endirmək deməkdir. Bu üsulla siz rəqibinizdən piyada, yüngül və ya ağır fiqur ala bilərsiniz. 


Yuxarıdakı tərifə əsaslanaraq deyə bilərsiniz ki, ağlar 1.Td6 edərək qaların iki filinə eyni zamanda hücum edir, nə olur olsun iki fildən birini ala bilirlər. Beləcə keyfiyyət üstünlüyünü əldə eləmiş ağlar qalib gəlir.

İkiqat zərbənin bir növünə də ÇƏNGƏL deyilir. Çəngəl adətən at və piyada ilə olur. Aşağıdakı diaqrama baxaq. İlk baxışda qaraların açıq üstünlüyünü görürük. Amma biraz da diqqət etsək görərik ki, ağ at qaralara şah elan edərək, vəzirinə hücum edib. Buna ÇƏNGƏL deyirlər.


Çəngələ aid növbəti nümunə aşağıdakıdır. Ağ piyada qaraların iki yüngül fiquruna eyni zamanda hücum edir. Qaralar ən yaxşı halda 1 piyada ala bilər ağlardan, amma qarşılığında bir yüngül fiqurunu verməyə məcburdur.




Hiç yorum yok:

Yorum Gönder